Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Sosial / “30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” – Ənvər Əliyev

“30 ildir Akademiyada işləyir, amma tərcümeyi-halını yaza bilmir” – Ənvər Əliyev

“Ali Attestasiya Komissiyasında vəziyyət kifayət qədər yaxşılaşıb. Artıq bəzi qaranlıq məqamlar, əliəyriliklər yığışdırılıb. Elm sektoru Azərbaycanda başladılan islahatlardan kənarda qala bilməz”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib. Qeyd edib ki, AMEA da islahatlardan kənarda qalmamalıdır: 

“Biz hamımız dövlət başçısının tapşırıqlarına uyğun hərəkət edirik. Əgər ölkə başçısı AMEA-da əməkdaşların sayının azaldılmasını məsləhət bilsə, məhz bu cür də edəcəyik. Biz də bilirik ki, ixtisarlara ehtiyac var, işçilərin sayı azaldılmalıdır. Akademiyada attestasiyaya ehtiyac var. Adam var ki, 30 ildir burada işləyir, üç cümlə yazıb ortaya çıxara bilməyib, heç tərcümeyi-halını da yaza bilmir. Təbii ki, həmin adamlar işdən uzaqlaşdırılmalıdır. Akademiyanın balansında 165 maşın olub, amma elmi işçilər dağda-dərədə piyada gəziblər. Akademiyanın problemləri çoxdur və bu problemləri bir gecəyə həll etmək olmaz. Vəziyyət çox ağırdır. Mən indiyə kimi bütün problemləri açıq şəkildə dilə gətirmişəm. Bundan sonra da hansısa nöqsan olsa, açıq şəkildə deyəcəm”.

Həmçinin oxuyun

Bakıya bir ayın yağıntısı bir gündə yağıb – “Qarın ən kəskin dövrü geridə qaldı”

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.  Bunu “Report”a açıqlamasında Milli Hidrometeorologiya …