Çərşənbə , İyun 19 2019
Ana səhifə / Sosial / 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması… – Prezidentdən tapşırıq

3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması… – Prezidentdən tapşırıq


“Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xaqılın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

Həmçinin oxuyun

Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb – RƏSMİ

Azərbaycanda bu ilin ilk dörd ayında qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb. Dövlət …