Ana səhifə / Sosial / 3 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı qəzanın GÖRÜNTÜLƏRİ

3 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı qəzanın GÖRÜNTÜLƏRİ

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə “QAZel” markalı kiçiktutumlu yük maşını ilə “QAZ 31105” markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Şəmkirdə baş vermiş yol qəzasında ölənlərin və xəsarət alanların adları məlum olub.

Avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb.

Hadisənin digər təfərrüatları araşdırılır.


Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …