Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / 3 ayda 13 min nikah və 4 min boşanma

3 ayda 13 min nikah və 4 min boşanma

Bu ilin I rübündə ölkədə 14 811 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4-dən 6,1-ə qədər azalıb.

Bu ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 13191 nikah və 3972 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,6 olub.

Bundan başqa, bu ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 398 nəfər Azərbaycana gələn, 336 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 62 nəfər təşkil edib.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …