Ana səhifə / Sosial / “3-4 nazir həbs olunsa, iqtisadiyyat və digər sahələr inkişaf etməyə başlayacaq” – Hafiz Hacıyev

“3-4 nazir həbs olunsa, iqtisadiyyat və digər sahələr inkişaf etməyə başlayacaq” – Hafiz Hacıyev

Xəbər verildiyi kimi, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi məxfi əməliyyat nəticəsində 2 milyon dollar həcmində rüşvət alarkən həbs olunub.

Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti xəbər verir ki, dünən axşam istintaq əməliyyatı çərçivəsində “Başneft” şirkətinin səhmlərinin 50%-nin alınmasında yardımçı olması üçün iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə “Rosneft” şirkətinin nümayəndələri tərəfindən 2 milyon dollar həcmində rüşvət verildiyi zaman həbs tədbiri həyata keçirilib.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə məsələyə isti-isti münasibət bildirərək deyib ki, ölkəsində 1 məmurun maksimum 5 il müddətinə vəzifədə olmasına dair qanun layihəsinin qəbul olunması üçün Dğvlət Dumasında məsələ qaldıracaq. V. Jirinovski belə hesab edir ki, bir şəxs 5 il eyni yüksək postda qaldıqda artıq pozulmağa başlayır…

Maraqlıdır, belə bir qanun nə zamansa Azərbaycan üçün də keçərli ola bilərmi, daha doğrusu, Milli Məclisdə də belə bir qanunun qəbul olunması mümkündürmü?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az – a açıqlamasında bildirib ki, belə bir qanun ölkəmizdə də qəbul olunmalıdır:

“Bir nazir 15-20 il vəzifədə oturursa o, kök atmağa başlayır. Bunlar daha sonra başlayırlar birinci şəxsə qarşı xəyanət etməyə. Bu gün bəyənmədiyimiz Rusiyada korrupsiyaya qarşı mübarizə aparılır. Bizdə isə belə şey olmur. Mən hər zaman demişəm, Ziya Məmmədovun milyardları var. Yoxlanmalıdır, o, bu pulları hardan alır? Kənd təsərüfatı naziri ilə də eyni vəziyyətdir. Təbii ki, bunun hamısı korrupsiyadır. Bizdə sıravi işçilər həbs olunur. Bu isə mübarizə deyil. Bu gün kənd təsərüfatı naziri həbs olunsa, bu, çoxlarına dərs olacaq. Nazir xaricdən taxıl gətirmək üçün 330 milyon pul verib. Həmin pulun hesabatı verilməlidir. Biz onsuz da hər şeyi Rusiyadan götürürük. Cəsarət nümayiş etdirib bir sıra məmurları həbs etdirmək lazımdır. Dollar artıq 2 manata yaxınlaşır. Ölkədə fəlakət gözlənilir. Bunu edənlər hamısı rüşvətə qurşanmış məmurlardır. Onlar hamısı sırtılıb. Onlara söz demək olmur, heç nə başa düşmürlər onsuz da. Yesuntukidə otel tikirlər, bunun hesabı sorulmalıdır. Ölkədəki nazirlər 5 ildən bir dəyişməlidirlər. Bu məmurlar heç nazir sözünün mənasını bilmirlər. Xalqın heç bir problemini həll etmirlər. Bu gün Azərbaycanda 3 – 4 nazir həbs olunsa, iqtisadiyyat və digər sahələr inkişaf etməyə başlayacaq. Başda Ziya Məmmədov və Heydər Əsədov olmaqla həbslər başlanmalıdır. Nə qədər ki, mənim əziz qardaşım harınlamış məmurları həbs etməyəcək, bunlar daha da azğınlaşacaqlar.”

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın