Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / 253 tikinti maşını istismara yararsız olduğuna görə silinib

253 tikinti maşını istismara yararsız olduğuna görə silinib

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olub.

Dövlət Statistika Komitəsindən trend-ə verilən məlumata görə, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.
2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobil, 17-ni yolbasan maşın, 17-ni stasionar və avtobetonnasos, 13-nü pnevmotəkərli kran, 13-nü pnevmatik əl maşını, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlığı, 28-ni isə digər növ tikinti maşını təşkil edib.
Tikinti maşınlarının 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində, 8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …