Cümə , Fevral 23 2024
Ana səhifə / Sosial / “25 manat vergi verənlər, gələn ildən 100 manat ödəyəcək” – Ekspert

“25 manat vergi verənlər, gələn ildən 100 manat ödəyəcək” – Ekspert

Xəbər verdiyimiz kmi, 2024-cü ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan kiçik sahibkarlar gəlirlərindən 5 faiz yox, 20 faiz vergi ödəyəcəklər. Başqa sözlə, onlar üçün 75 faizlik vergi güzəşti tətbiq olunmayacaq. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Təklif edilən dəyişikliyə görə, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan kiçik sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq.

İqtisadçı-ekspert Xalid Kərimli məsələ ilə bağlı Bakupost.az -a açıqlama verib. Onun sözləırinə görə, Dövlət Vergi Xidməti hesab edir ki, 5 faizlik vergi vergidən yayınmaya imkan verir, sahibkarlığı inkişaf etdirmir:

“Digər tərəfdən, hesab edirlər ki, dövlət qurumunda əmək müqaviləsi ilə işləyən şəxs 20 faizədək vergi ödəyirsə, işçisi olmayan mikro sahibkar da bu qədər vergi ödəməlidir. Çünki həmin mikro sahibkar əlavə iş yeri yaratmır, işçisi yoxdur. Ona görə də işçisi olmayan mikro sahibkarla hansısa qurumda əmək müqaviləsi ilə işləyən şəxs arasında heç bir fərq yoxdur. 3 işçisi olan mikro sahibkara 75 faizlik vergi güzəşti ona görə edirlər ki, həmin sahibkar cəmiyyətə fayda verir, əlavə iş yeri yaradır”.

Ekspert qeyd edib ki, bu addım işçilərinin sayı 3 nəfərdən az olan mikro sahibkarların gəlirini aşağı salacaq. Məsələn, xərclər çıxılmaqla 500 manat qazancı olan həmin mikro sahibkar əvvəl 25 manat vergi ödəyirdisə, növbəti ildən 100 manat ödəyəcək.

Həmçinin oxuyun

Borcunu qaytarmayanlara sərt cəzalar gəlir: Məhkəməyə gedən kimi dərhal…

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında …