Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / 243 kimsəsiz gənc mənzillə təmin olundu

243 kimsəsiz gənc mənzillə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin sakinlərinin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə növbəti peşə hazırlığı kursu təşkil olunub.
Nazirlikdən verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti tərəfindən xalçaçılıq peşəsi üzrə təşkil olunan kursa “Məzun evi”ndən 23 nəfər gənc cəlb olunub. Onlardan 22 nəfəri qadındır.
Təcrübəli müəllimlər tərəfindən aparılan və iki ay davam edəcək kursun yekununda gənclər peşə hazırlığı zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək üçün kurs işi olaraq hazırladıqları əl işlərini təqdim edəcəklər. Kursu uğurla başa vuran gənclərə peşə sertifikatları veriləcək və onların həmin peşə üzrə məşğulluğu təmin olunacaq.
“Məzun evi”ndə yaşayan gənclərin artıq əksər qisminin elə müəssisənin özündəki ştat vahidlərində və ətraf ərazidəki müəssisələrdə daimi işlə təminatı həyata keçirilib. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb olunub. Onlara şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaları üçün proqram çərçivəsində mal və materiallar veriləcək.
İki yaşayış binasından ibarət müəssisədə dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin edilib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …