Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Sosial / 239 sürücü işdən kənarlaşdırılıb…

239 sürücü işdən kənarlaşdırılıb…

2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “BakuBus” MMC-nin direktor müavini Azər Qasımov deyib.
Onun sözlərinə görə, marşrut sürücülərinin sərnişinlərlə münasibətinə xüsusi diqqət yetirilir: “Bundan başqa, bu vaxta qədər 300-dək sürücü töhmət və xəbərdarlıq alıb. Bəzən həmkarlar təşkilatının qərarı ilə qaydalara riayət etməyən sürücüləri işdən azad edirik”.
Qeyd edək ki, “BakuBus” MMC-nin istifadəsində 13 marşrut xətti var.

Həmçinin oxuyun

Həftəsonu paytaxtda ağac “soyqırımı”

Həftəsonu paytaxtda hökm sürən güclü külək 40-a yaxın ağaca ziyan vurub. Bununla bağlı Oxu.az-a Bakı Şəhər …