Çərşənbə , May 12 2021
Ana səhifə / Sosial / 230 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı

230 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı əsasında həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirməkdədir.
Martın 24-də AZAL Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə, 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

AZAL-dan verilən məlumata görə, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Həmçinin oxuyun

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda mayın 12-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin …