Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Sosial / 23 nömrəli məktəbdəki hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib”

23 nömrəli məktəbdəki hadisənin təfərrüatı: “Müəlliməsini bıçaqlamaq istəyib”

Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb.

Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb.

“Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Sumqayıt sakini: “Yollara görə maşın hər gün ustadadır” – Video

Sumqayıtda yaşayan sakinlər yolların keçilməz olmasından şikayətçidirlər. Burada elə küçələr var ki, 42 ildir asfalt …