Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Sosial / 2275 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

2275 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.

Nazirlikdən verilən məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.

Vakansiyalar üzrə artıq 2 275 nəfər işlə təmin edilib. Onlardan 1 888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

Həmçinin oxuyun

Temperatur yüksələcək – PROQNOZ

İyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və …