Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / 225 min vergi borcu olan “Uni Ko” ölkədən valyuta çıxarıb

225 min vergi borcu olan “Uni Ko” ölkədən valyuta çıxarıb

Tikinti şirkəti olan “Uni Ko” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən  qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə yazılıb.

İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 min manatadək olan məbləğ başa düşülür.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır. 

Qeyd edək ki, “Uni Ko” QSC 2 aprel 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000020 AZN olan şirkətin qanuni təmsilçisi Axundov Elçin Muxtar oğludur. Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 225.758,40 manat vergi borcu var.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …