Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / 205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir

205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir

Qış fəsli olmasına baxmayaraq, Bakıda 205 nömrəli məktəbə istilik verilməyib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verilib. Onların sözlərinə görə, valideynlər bu səbəbdən uşaqlarını məktəbə buraxmırlar. Müəllimlər isə bütün günü boş-bekar oturub, dərs demədən geri qayıdır.

Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov saytaaçıqlamasında bildirib ki, paytaxtdakı 205 nömrəli tam orta məktəbin binası Dövlət Proqramı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə sökülərək yenidən tikilib və 2021-2022-ci tədris ilindən istifadəyə verilib:
“Məktəbin yeni inşa olunmuş binasının qaz xətinin müvafiq sənədləri, eyni zamanda yeni binanın istismara qəbul sənədlərinin hazırlığı tam yekunlaşmadığı üçün təhvil-təslim prosesi başa çatmayıb. Bu səbəbdən məktəbə “Azəriqaz” tərəfindən qaz verilməyib və hazırda məktəb istiliklə təmin olunmur.
Nəzərinizə çatdırırıq ki, yaranmış problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla müvafiq danışıqlar aparılır və məsələnin həlli diqqət mərkəzində saxlanılır”.

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …