Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / 20 yaşlı gəncdən 15 gündür ki, xəbər yoxdur- VİDEO

20 yaşlı gəncdən 15 gündür ki, xəbər yoxdur- VİDEO

Sumqayıtda 20 yaşlı gənc evdən çıxıb və geri qayıtmayıb. Artıq 15 gündür ki, ailəsi heydər qurbanovun evə qayıdacağı günü səbrsizliklə gözləyirlər.

Evdən qaz kartı yükləmək adı ilə çıxıb, amma geri dönməyib. 20 yaşlı gəncdən ailəsi 15 gündür xəbər ala bilmir.

Sumqayıt şəhər Saray bağlar massivi, ev B-3225 ünvanında yaşayan, 20 yaşlı Heydər Qurbanov yoxa çıxıb. Gəncin ailəsi övladlarının hələ də niyə belə bir addım atdığını bilmirlər.

Gəncin anasının sözlərinə görə, bu günə kimi evlərində hər hansı bir problem olmayıb.Nə də övladlarının hər hansı bir pis əməli olmayıb və hansısa bir xəstəlikdən də əziyyət çəkməyib

Ailə üzvləri onu hər yerdə axtardıqlarını deyirlər. Lakin bu günə kimi hələ də xəbər ala bilməyiblər.

Yaxınları hadisədən sonra polisə gedərək məlumat veriblər. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …