Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / 20 Yanvar əlili xidmət qurumlarından narazıdır -ŞİKAYƏT

20 Yanvar əlili xidmət qurumlarından narazıdır -ŞİKAYƏT

20 Yanvar əlili Sadıq Hüseynov “Cümhuriyət” qəzetinə müraciət edərək yaşadığı ərazi üzrə kommunal idarələrdən adına əsassız borc gəldiyindən şikayətlənib. 

Qeyd edək ki, şikayətçi Nəsimi rayonu, Alatava 3, ev 283-də yaşayır. Onun sözlərinə görə, bir neçə il əvvəl də analoji hal yaşanıb. Belə ki, 2012-ci ildə abonentin adına 1500 manat işıq borcu gəlib. Amma abonent həmin borcu əsassız hesab edərək məhkəməyə müraciət edib. Məhkəmə isə işi onun xeyrinə həll edərək, həm borcu abonentin adından silmiş, həm də ərazi üzrə işıq idarəsində çalışanları işdən kənarlaşdırıb: 

“Mərhum prezident Heydər Əliyevin zamanında əhalinin böyük məbləğlərdə kommunal borcları silinmişdi.2012-ci ildə təkrarən mənə qərəzli şəkildə 1500 manat borc gəldi.Məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etdim.Məhkəmə işi xeyrimə həll etdi və əsassız yerə borcu yazanlar işindən kənarlaşdı.İndi təkrar həmin idarədən 100 manat işıq pulu gəlib. Üstəlik öyrənmişəm ki, 7 il öncə məhkəmənin qərarı ilə işdən kənarlaşanlar indi yenidən o postu tutublar. Görünür, işıqla bağlı növbəti borcun gəlməsi mənə qarşı qərəzdən xəbər verir.Mən dövlətin Konstitusiyasına, qanunvericiliyinə, Prezident fərmanlarına istinad edirəm.Bu yaşıma qədər də heç bir qanunazidd hərəkətim olmayıb.Dövlətin borcunu vaxtlı-vaxtında ödəmişəm.Amma indi baş verənlər mənə qarşı ədalətsizlikdir.Mərhum prezident Heydər Əliyev deyirdi ki, 20 yanvar əlilləri dövlət nəzarətində və qayğısında yaşamalıdırlar.Bəs hanı bu göstərişlər?Hamısı kağız üzərində qalır, buna məhəl qoyan yoxdur.Axı heç bir yerdə işləmirəm, mənə verilən təqaüdlə dolanıram.İş qabiliyyətimi isə uzun illərdir ki, itirmişəm.29 ildir ki, əliləm.Bildiyim qədər 20 yanvar əlilləri üçün dövlətin güzəştləri var. Amma mən bu güzəştlərdən yararlana bilmirəm.Hara gedirəmsə, məni qovurlar, “get hara müraciət edirsən, et” deyirlər.Kommunal xidmətlərdən də yararlana bilmirəmsə, necə yaşayım?Gah işığı, gah da qazı kəsirlər. Bəs hanı güzəştlər?”.

Şikayətçi əlavə edib ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, getdiyi yerlərdən əliboş yola salınır:

“Mən artıq hara üz tutacağımı bilmirəm. Bu, azmış kimi qonşu da mənim rahat yaşamağıma imkan vermir.Qonşum İlqar Kazımov 25 metrlik elektrik xəttimi kəsib.2007-ci ildən bəri bura köçüblər.Köçən gündən günüm qara olub.Ev dustağına çevrilmişəm.Yaşlı insanam, amma hər kəsin əlində oyuncaq olmuşam.Aidiyyatı orqanlardan xahişim və tələbim budur ki, şikayətimə ədalətli baxasınız”.

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …