Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / 20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı – FOTO

20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı – FOTO

Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.
“Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır”, – Q.Ağayev vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi Orxan Kərimov Xətai rayonunun Məhəmmədi Hadi küçəsində 20 illik ağacların kəsilməsi ilə bağlı fotolar paylaşıb. Bildirib ki, bu ərazidə görüntü üçün yeni ağaclar əkilib.20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı -  FOTO
20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı -  FOTO
20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı -  FOTO
20 illik ağacların kəsilməsi ilə bağlı araşdırmalara başlanıldı -  FOTO

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …