Cümə , Fevral 26 2021
Ana səhifə / Sosial / 20 gündə 225 şagird, 159 işçi heyəti koronavirusa yoluxub – RƏSMİ

20 gündə 225 şagird, 159 işçi heyəti koronavirusa yoluxub – RƏSMİ

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.

Mətbuat katibinin sözlərinə görə, 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəbdə, 71764 sinifdə qismən ənənəvi tədris təşkil edilib:

“Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600000, işçi sayı isə 120000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.

1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir».

Həmçinin oxuyun

Evləri yanan köçkünlər harada qalacaqlar? – Açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb. …