Məktəbin direktoru İradə Bayramova AzNews.az-a bildirib ki, Sabir Xəlilovun ölümünə səbəb yediyi çörəyin qida borusuna düşməsi olub:

“Sabir evin tək övladı idi. Allah heç bir anaya göstərməsin. Anasının bildirdiyinə görə, Sabirin boğazında problem olub, əməliyyat olunacaqdı. Sadəcə maddi vəsait olmadığından əməliyyat gecikib. Dünən anası dərsə gələndə ona yemək alıb. Sinif otağında uşağın yediyi çörək qida borusuna düşüb. Təcili tibbi yardım çağırdıq, amma gec oldu, Sabiri xilas edə bilmədik”.