Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Sosial / 2 azyaşlı uşaq atası qaraciyər sirrozundan əziyyət çəkir: “Vaxtımız çox azdır…”

2 azyaşlı uşaq atası qaraciyər sirrozundan əziyyət çəkir: “Vaxtımız çox azdır…”

Xəbər verdiyimiz kimi, iki azyaşlı uşaq atası olan Əliyev Şəmşad Məcid oğlu qaraciyər sirrozundan əziyyət çəkir. Onun sağalması üçün təcili olaraq qaraciyər transplantasiyası (köçürülməsi) əməliyyatı icra olunmalıdır.
Onun qardaşı Nicat Əliyev sosial şəbəkə hesabındakı paylaşımında Şəmşadın vəziyyətinin günü-gündən pisləşdiyini bildirib.
“Nə qədər acı olsa da, nəzərinizə çatdırmaq istəyirəm ki, irəliləmiş qaraciyər sirrozundan əziyyət çəkən qardaşım Şəmşadın vəziyyəti günü-gündən pisləşir, təəssüf ki, vaxtımız çox azdır. Hər keçən gün onun sağlamlığının əleyhinə işləyir, həyatı təhlükə altındadır. Sağlamlığına qovuşması üçün təcili qaraciyər transplantasiyası əməliyyatı olunmalıdır”, – N.Əliyev yazıb.
O qeyd edib ki, qardaşına donorun tapılması çox mürəkkəb və bir neçə mərhələli prosesdir:
“Hər mərhələ kifayət qədər vəsait tələb edir. Bu vaxta qədər qohumlardan könüllü olaraq donor olmaq istəyən olsa da, verilmiş analizlər nəticəsində onların donorluğu təsdiq edilmədi. İndi isə ümid işığı doğub, donor olma ehtimalı yüksək olan qohumun yoxlanılması prosesi gedir. Ailəmizin və sizlərin dəstəyi ilə yığılmış müəyyən məbləğdə vəsait qardaşım Şəmşadın analiz və dərmanları üçün xərclənir”.
N.Əliyev qardaşının sağlamlığına qovuşması üçün hər kəsdən yardım istəyib:
“Hər kəsdən xahiş edirəm ki, 1, 5 manat deyib keçməyin, əlinizdən gəldiyi qədər, kimin gücü nəyə çatırsa, qardaşımın son ümidi olan bu vəsaitin toplanması üçün çalışaq. Qardaşım ailəlidir, iki azyaşlı övladı var. Ailəlikcə ümid edirik ki, qardaşımın əməliyyatı üçün tələb olunan vəsait siz dəyərli insanların yardımı ilə qısa vaxtda yığılacaq və Şəmşad tezliklə sağlamlığına qovuşub övladlarının yanına dönəcək”.

Həmçinin oxuyun

Şərurlu İsfəndiyar: “Bizim binalar Türkiyədəkindən çox keyfiyyətlidir”

“Şərur” MTK-nın sədri, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) Türkiyədə yeni tikilən çoxmərtəbəli binaların …