Ana səhifə / Sosial / 190 manat yardımı belə götürün! — FOTOLAR

190 manat yardımı belə götürün! — FOTOLAR

“İşsiz kimi qeydiyyata alınan şəxsə birdəfəlik ödəmə təyin olunduqdan sonra onun üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülür”.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı facebook səhifəsində bildirib.
Nazirlik rəsmisi əlavə edib ki, bu barədə ona qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdiyi telefon nömrəsinə SMS göndərilir:
“İşsiz şəxs mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alır və mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edir.
Xatırladaq ki, aprelin 9-dan etibarən gündəlik olaraq bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …