Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük” – Yaqut Qarayeva

“18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük” – Yaqut Qarayeva

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Bu gün yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirildi. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. Bundan başqa GAVI-dən gələnlər də olacaq. “Sputnik V” vaksinin isə nə vaxt gələcəyi hələ bilinmir. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …