Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / 16 yaşında ərə verilən qızla bağlı təfərrüat: Atası anasını qətlə yetiribmiş

16 yaşında ərə verilən qızla bağlı təfərrüat: Atası anasını qətlə yetiribmiş

Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub.

Kənd sakini F.H.-nın 12 yox, 16 yaşı var. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonuna babasının yanındadır. 

Digər əldə etdiyimiz məlumata görə, F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisədən məlumatlıdırlar. Hazırda həmin məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …