Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Sosial / “16 ailəni işsiz, çörəksiz qoymaq istəyirlər” – GİLEY

“16 ailəni işsiz, çörəksiz qoymaq istəyirlər” – GİLEY

Saatlıda fermerin torpaq sahəsini əlindən almaq istəyirlər. Söhbət fermer Rəhim Talıbxan oğlu İsmayılovun torpaq sahəsindən gedir. Redaksiyamıza müraciət edən fermer deyib ki, 30 noyabr 2005-ci ildə Saatlının Sarıcalar kənd bələdiyyəsindən 35 illiyə 2.28 ha icarəyə torpaq alıb.

Həmin torpaq sahəsində heyvandarlıqla məşğul olmaq üçün ferma tikib. Hazırda həmin fermada xırda və iri buynuzlu mal qaranın yetişdirilməsiylə məşğul olur. Fermer kimi kənd sakinlərindən 20 hektar əkinə tam yararsız pay torpağını pullarını ödəyib örüş yeri üçün alıb: “Aqronomlar da təsdiq edirlər ki, həmin torpaqlar əkinə tam yararsızdır. Ona görə yararsızdır ki, tərkibi natrio-hidro duzdan ibarətdir və yuyulsa da yararlı olması mümkün deyil. Amma mənim fəaliyyətimə Xanbala Babaşov əngəl olmağa başlayıb. Xanbala Babaşov Saatlı icra hakimyyətinin başçısının 1-ci müavini İlham Quliyevin yaxınıdır. İstəyirlər ki, mənə məxsus torpağın üzərindəki fermanı sökdürüb əlimdən alsınlar. Guya pambıq əkəcəklər. Amma orada pambıq əkilməsi mümkün deyil. Torpaq tam yararsızdır. Bunu özləri də bilirlər. Mütəxəssislər, aqronomlar deyirlər ki, bu torpaqda heç nə bitməyəcək, özünüzü yormayın. Xanbala Babaşov israr edir ki, nəyinizə lazımdır, mən əkəcəm. İcra başçısı Siraqəddin Cabbarov fermerlərə kömək etsə də, bu şəxslər işimizə mane olurlar. Əgər icra başçısı əraziyə nümayəndə göndərsə, dediklərimin həqiqət olduğunu biləcək”.

“16 ailəni işsiz, çörəksiz qoymaq istəyirlər”

Fermer deyir ki, dövlət başçısı İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına uyğun olaraq o da 16 hektar torpaq sahəsində pambıq əkib: “Hazırda pambıq yığmaqla məşğulam. Xəstə, yaşlı adamam. Bunların təzyiqinə tab gətirə bilmədiyim üçün ölkə başçısı İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmişəm. İstəyirəm ki, İlham Quliyevə arxalanan Xanbala Babaşov yaxamdan əl çəksin. 16 ailəni bunlar işsiz, çörəksiz qoymaq istəyirlər. Xahiş edirəm bizə köməklik etsinlər”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. \\musavat.com\\

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …