Çərşənbə , Mart 3 2021
Ana səhifə / Sosial / 1100-dən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib

1100-dən çox valideyn övladını məktəbə göndərməkdən imtina edib

İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayan valideynlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

Həmçinin oxuyun

300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var- Agentlik

Ümumi hesablamalarımıza görə, 300-dən çox Vətən müharibəsi qazisinin protezləşdirməyə ehtiyacı var, amma bu say arta …