Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / 11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vuruldu, indi ayılmır – Atası

11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vuruldu, indi ayılmır – Atası

Bakıda 11 yaşlı uşağa dozadan 3 dəfə artıq iynə vurulub, indi uşaq ayılmır.
Bu barədə Qaynarinfo-ya uşağın atası, Tovuz rayon sakini Kamal Sakkayev məlumat verib. Onun sözlərinə görə, Ramal Sakkayev rayonda dəm qazından zəhərlənib:

“Rayonda uşağı vəziyyətdən çıxartdılar. Sonra rayon həkimləri Bakıya aparıb müayinə etdirməyi və müalicə olunmasını məsləhət gördülər. Biz də dekabrın 7-də onu “Semaşko”ya gətirdik. Vəziyyəti yaxşı idi. Burada Musa adlı həkim onu müayinə etdi və 3 doza ilə uşağa iynə vurdu. Ondan sonra uşağın halı pisləşib, yatıb, ayılmır”.
Kamal Sakkayev bildirib ki, hazırda 1 saylı Kliniki Tibb Mərkəzində uşağına iynə vuran həkimi axtarır:
“Yoxdur, yoxa çıxıb. Uşağımın vəziyyəti çox pisdir”.

Həmçinin oxuyun

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı …