Ana səhifə / Sosial / 104 saylı dairədə sabiq deputatla hazırkı deputat “toqquşdu” – İlginc olay (FOTOLAR)

104 saylı dairədə sabiq deputatla hazırkı deputat “toqquşdu” – İlginc olay (FOTOLAR)

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsində bitərəf namizəd Nazim Məmmədov bu gün rayonun Qaravəllər və Hacılar kəndindən təşviqatdan qayıdarkən maraqlı hadisə baş verib. 
Bu barədə namizədin Seçki Qərargahından Mia.az-a daxil olan məlumatda bildirilir ki, Nazim Məmmədov doğma kəndi Çayrəsulluda hazırki deputat, YAP-ın namizədi Rafiq Məmmədhəsnovun “seçicilərlə” görüş keçirdiyini eşidib, həmin əraziyə gəlib.
Seçki Qərargahının apardığı araşdırma zamanı məlum olub ki, Çayrəsullu kəndinə gətirilənlər, əslində, Şınıx bölgəsi kəndlərinin rəhbər şəxslərdir. Onların mütləq əksəriyyəti inzibati yollarla bir araya gətirilmiş kənd icra nümayəndələri, onların müavinləri, mühasibləri, kitabxana müdirləri, bələdiyyə üzvləri, məntəqə sədrlərdi və s. büdcə təşkilatlarının nümayəndələridir.
Seçki qanunverciliyinin tələblərinin aşkar şəkildə pozulmasına rəğmən, Nazim Məmmədov doğma kəndində rəqibinə qarşı əsl centelmenlik nümayiş etdirib. O, toplantı iştirakçılarının qarşısına çıxaraq Rafiq Məmmədhəsənovu təqdim edib, elin adət-ənənəsinə uyğun olaraq ona sayğı göstərilməsini xahiş edib.
Nazim Məmmədov ona bu barədə ünvanlanan suallara “Mən, Facebook” səhifəmdə seçki kampaniyasının gedişi ilə bağlı vaxtaşırı qeydlər aparıram, onunla tanış ola bilərsiz”, – deməklə, kifayətləndi.
Namizəd sosial şəbəkədə yerləşdirdiyi məlumatda qeyd edib ki, monitorinq aparanlar tərəfindən icra strukturlarında işləyənlərin avtomobilləri, şəkilləri, videoları çəkilib. Və bu qanun pozuntusu barədə rəsmi şikayət veriləcək.
“Toplananları Rafiq müəllimi biabır etməmələrini xahiş etsəm, sakitləşdirsəm də, bir neçə nəfər hörmətli deputata niyə “lal-kar” quzu deputat” olduğunu, seçiciləri saymadığını soruşdular. İcra hakimiyyətindən gələnlər nə qədər üsyankar seçicilərə təzyiq etsələr də, seçicilər sözlərini dedilər”-deyə N.Məmmədov vurğulayıb.
Həmin toplantıda çəkilən şəkillərdən göründüyü kimi, kəndlərdən icra strukturlarının nümayəndələri avtomobillərlə gəliblər, “seçicilərin”sayını avtomobillərə bölsək orta hesabla 3-5 nəfər düşür. Ətraf kəndlərdən yığılmış bu adamları “seçici” adı ilə Bakıya məruzə edib, “məni dsətəkləyirlər” demək absurd olardı.

Həmçinin oxuyun

Qızını diləndirən qaraçı qadın: “Məcburuq, çörəyimiz buradan çıxır” – Video

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də …

Bir cavab yazın