Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / “100 min manatdan artıq pulum mənimsənilib” – VİDEO

“100 min manatdan artıq pulum mənimsənilib” – VİDEO

Ağcabədi sakini 100 min manatdan artıq pulunun mənimsənildiyini iddia edib. Rayon sakini Elçin Nərimanov bildirib ki, Rusiyada yaşayan Şükür Ağayev onun xeyli miqdarda pulunu mənimsəyib.

E.Nərimanov bir neçə il əvvəl Rusiyada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. Bir neçə dəfə Şükür Ağayevdən qızıl zinət əşyaları alıb. Sonuncu dəfə isə 100 min manatdan artıq pul göndərsə də, qarşılığında qızıl gəlməyib.

E.Nərimanov iddia edib ki, ona ümumilikdə 100 min manatdan artıq ziyan dəyib.

O qeyd edib ki, Ş.Ağayev ona dəfələrlə müxtəlif vədlər verib. Amma nə pul geri qaytarılıb, nə də qızıl verilib. Hətta sonradan onun digər şəxslərə qarşı da oxşar əməlləri törətdiyini öyrənib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


İddialara bağlı Ş.Ağayev bildirib ki, həmin şəxslərlə əvvəldən heç bir əlaqəsi olmayıb. Öz həmkəndliləri kimi Rusiyada ona yaxınlaşaraq kömək istəyiblər. O da kömək edib.

Ş.Ağayev sadalanan bütün iddiaları şər və böhtan adlandırıb.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …