Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / “100 manat alanı deyil, yüksək vəzifələr tutan iri cinayətkarları tutmaq lazımdır” – Nazirlər Kabinetinin sabiq şöbə müdiri

“100 manat alanı deyil, yüksək vəzifələr tutan iri cinayətkarları tutmaq lazımdır” – Nazirlər Kabinetinin sabiq şöbə müdiri

“2016-cı ildə Azərbaycanda korrupsiyanın səviyyəsi azalmayıb. Bundan əlavə, 2017-ci ilə nikbin proqnozlar verməyə də əsas yoxdur. Vətəndaşlar bu problemlə mübarizədə ümidsizliyə qapılıblar”.
Mia.az xəbər verir ki, bu sözləri “Exo” qəzetinə müsahibəsində Nazirlər Kabinetinin sabiq şöbə müdiri, ekspert Oqtay Haqverdiyev deyib.
Ekspert bildirib ki, Azərbaycanda məmurların və dövlət qulluqçularının ölkə vətəndaşlarının maliyyə durumuna anlaşıqlı yanaşacaqlarını düşünmək yanlışlıq olar: “Hələ ki, korrupsiyanın miqyası ölçüyəgəlməzdir. «ASAN Xidmət» istisna olmaqla, cinayətin bu növü bütün dövlət sahələrində aparıcıdır”.
O.Haqverdiyev deyib ki, dövlət səviyyəsində korrupsiyaya ilə ciddi mübarizə aparıldığını görmək olmur.
Ekspert vurğulayıb ki, korrupsiya cinayətlərinə görə həbs edilənlər var. Amma bunlar kiçik fiqurlardır və ümumi situasiyada böyük rola malik deyildirlər: “100 manat rüşvət alanı həbs etməklə korrupsiya ilə mübarizə olmaz. Diqqəti dövlət müəssisələrində yüksək vəzifələr tutan iri cinayətkarlara yönəltmək lazımdır”.
Ekspert qeyd edib ki, əhali hökumətdən ümidini üzüb. Elə bu səbəbə görə də korrupsiyaya ilə mübarizə qurumlarına çox adam müraciət etmir.
Ekspert 2017-ci ildə də bu sahədə müsbət dəyişiklik gözləmir: “Təəssüf ki, bu gün nikbin proqnozlar verməyə əsas olan meyllər müşahidə olunmur. Anlamaq lazımdır ki, korrupsiya çürümə kimi ölkəni yeyir və ölkənin iqtisadi təhlükəsizliyinə ciddi zərbələr vurur”.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …

Bir cavab yazın