Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / 10 uşağın zəhərlənməsinə görə bu şirkət cərimələnə bilər

10 uşağın zəhərlənməsinə görə bu şirkət cərimələnə bilər

20 nömrəli məktəbdə 10-a yaxın şagird zəhərlənməsinə görə məsuliyyət daşıyan şirkətin işi məhkəməyə göndərilib.
Qaynarinfo-nun məlumatına görə, bir sıra məktəblərdə, o cümlədən məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2 maddəsi ilə protokol tərtib edilib. 
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilib.  

İşə 20.06.2023-cü il tarixində baxılacaq. Qərar qəbul edilərsə, sözügedən maddəyə əsasən şirkət 200 manatdan 400 manatadək məbləğdə cərimə edilə bilər. Ətraflı
Qeyd edək ki, 220.2 maddəyə görə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 100 manatdan 200 manatadək, hüquqi şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir. 

Xatırladaq ki, 06.04.2023-cü il tarixində 20 nömrəli orta məktəbdə 10-a yaxın şagird “Tais ikf” MMC-nin istehsal etdiyi quş əti tərkibli qida qəbul edərək zəhərlənib.
“Tais İKF” MMC 1994-cü ildə təsis edilib. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur. Şirkət bir sıra dövlət qurumlarının təmizlik işlərini də aparır.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …