Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “10 kq çörək, 2 dəstə göyərti, 1.6 kq qatıq yeyin” -Eks nazir insanlara yaşamağın yolunu göstərdi

“10 kq çörək, 2 dəstə göyərti, 1.6 kq qatıq yeyin” -Eks nazir insanlara yaşamağın yolunu göstərdi

Azərbaycan Respublikasının keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədov “Dövlət xərclərinin idarə edilməsi və xəzinadarlığın təşkili problemləri” adlı kitabında insanlar iş qabliyyətini itirməmək üçün 19 qida maddəsinin adını açıqlayıb.
Eks nazir kitabında tövsiyyə edib ki, insanının fizioloji tələbatın ödənilməsi (və ya iş qabliyyətinin itirilməməsi) üçün 2000-2400 kilokalori enerji lazımdır.
Nazir hesab edib ki, qeyd olunan kaloriya təlabatı ödəmək üçün bir ayda adama 10 kq çörək, 2 kq ət, 0.6 kq şəkər tozu, 1 kq kərə yağı, 0.2 litr bitki yağı, 2 kq kartof, 0.6 kq soğan, 2 dəstə göyərti, 12 yumurta, 2 litr süd, 1.6 kq qatıq qəbul etmək lazımdır.
Qeyd edək ki, Heydər Əsədov 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.(Unikal.org )

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …