Cümə , Dekabr 2 2022
Ana səhifə / Sosial / 1 manat 10 qəpiyə soğan, 6 manata ərik – Bazar niyə “od tutub yanır“?

1 manat 10 qəpiyə soğan, 6 manata ərik – Bazar niyə “od tutub yanır“?

Hazırda dünyada gedən proseslərlə əlaqəsi oldu-olmadı Azərbaycanda bahalaşma gedir. İdxal məhsulların qiymətindəki artımları müəyyən mənada başa düşmək, obyektiv səbəblərini sadalamaq mümkündür. Amma ölkə daxilində istehsal edilən və rəsmilərin durmadan bu sahədə artım olduğunu, müxtəlif məhsullar üzrə ölkənin özünü təmin etmə səviyyəsinin yüksəldiyini deməsilə qiymətlər arasındakı təzada heyran qalmamaq olmur.

Sadə misallarla reallığın tam fərqli oldğunu deyə bilərik. Belə ki, ötən və ondan əvvəlki illərdə 3 kloqramı 1 manata olan soğan hazırda 1 manat 10 qəpiyə təklif edilir. Yenə də illər əvvəl 3 kiloqramı 1 manata olan kartofun qiyməti 0.70 qəpik- 1 manat 40 qəpik arasında dəyişir. Mövsümü meyvələrə isə əl vurmaq olmur, çünki qiymətləri əl yandırır. Gilas, gilənar, ərik, şaftalının qiyməti 2-8 manat arasında dəyişir. Hazırda bazarda da kifayət qədər bolluğu müşahidə edilən ərik növündən asılı olaraq 2-6 manata satılır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı rəsmi quruma ünvanladığımız suallar cavabsız qaldı.

İqtisadçı Natiq Cəfərli builki meyvə-tərəvəz istehsalı ilə bağlı Modern.az-a danışarkən istehsalın həcmi ilə bağlı rəsmi məlumatların açıqlanmadığını bildirib.

“Qiymətlər bahadır, amma məhsul qıtlığı müşahidə edilmir. Keçən illə müqayisədə qiymət artımı var. Bunun da müxtəlif səbəbləri qeyd olunur. Birincisi, hər şey bahalaşdığı üçün meyvə istehsalçıları da məcburdular ki, istehsal etdikləri məhsulun qiymətini qaldırsınlar. Əgər ölkədə ərzaq inflyasiyası rəsmi olaraq 20.8%-sə, onların əldə etdikləri gəlirdən başqa ərzaq məhsulları əldə etmək məcburiyyətləri də var. Meyvə-tərəvəz istehsalçıları il ərzində 2-3 ay gəlir əldə edirlər. O gəlirlə il boyu ailələrini saxlayırlar. Bazarda kifayət qədər məhsul var, hətta rayonlarda kəndlinin məhsulu əlində xarab olur. Ona görə, bahalaşmanı qıtlıqla əlaqələndirmək doğru deyil. Hazırda keçən ilə nisbətən qiymətlər 30-40 faiz arası daha bahadır”, – ekspert deyb.

İqtisadçı deyib ki, kənd təsərrüfatı bazarı mövsümə və məhsul çeşidlərinə, həcmə bağlıdır:

“Bazarda gündəlik qiymət dəyişikliklərini görə bilərik. Yerli istehsalın böyük hissəsi ixraca da yönəlib. İxraca yönələn yerli istehsalın həcmi çox deyil ki, həm xaricə satmağa kifayət etsin, həm də daxili bazarda tam bir bolluq yaratsın. Ona görə də müəyyən dərəcədə qiymətlərin oynadığının şahidi oluruq. Xaricə göndərilən məhsulların həcmi azalanda daxili bazarda qiymətlər azalır, xaricə göndərilən həcm artanda daxili bazarda müəyyən məhsulların bahalaşmasının şahidi oluruq. Xaricdən gətirilən məhsulların da qiymətlərə təsiri var. Məsələn, soğanın bir hissəsi Rusiyadan alınırdı, indi ölkəyə gətirilməsində müəyyən logistik çətinliklər var. Bu proseslər də qiymətlərə təsir edir. Qiymətlərə müxtəlif çeşidli təsir vasitələri var. Daxili istehsalçıların qiymət artımında günahlandırmaq doğru deyil. Hər şeyin qiyməti qalxırsa, onlar öz məhsullarını ucuz sata bilməzlər”.

Həmçinin oxuyun

Azərbaycanda bu şəxslərin pensiyası yanvarın 1-dən artacaq – (VİDEO)

Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın …