Ana səhifə / Sosial /  Sahil Babayev Qarabağ əlillərini qəbul etmir – ETİRAZ

 Sahil Babayev Qarabağ əlillərini qəbul etmir – ETİRAZ

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qarabağ Əlillərini qəbul etmir.

Unikal.org-a müraciət edən bir qrup Qarabağ qazisi bu gün Sahil Babayevin qəbul günü olsa da amma buna baxmayaraq onları nazirlikdə qəbul etmədiklərini bildirirlər.2-ci qrup Qarabağ əlili olan Qarayev Nəsib Mustafa oğlu ev növbəsi ilə bağlı nazirlə görüşmək istədiklərini bildirir:

Sahil Babayev Qarabağ əlillərini qəbul etmir

“Biz 4 nəfər Qarabağ əlili hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısındayıq.Biz dəfələrlə nazirliyə gəlsək də, yeni nazir Sahil Babayev bizi qəbul edib, dərdimizi dinləmir.Aşağıda bizi onun qəbuluna yazıb, buraxmırlar.Nazirliyin qarşısında etirazımızı bildirdikdən sonra arabada olan birinci qrup əlil olan şəxsi yuxarı qaldırdılar.Onu kimin qəbul edəcəyini bilmirik.Biz evlə təmin olunmaq üçün Sahil Babayevlə görüşmək istəyirik.Cənab prezident İlham Əliyevin sərəncamı var ki, evi olmayan Qarabağ əlilləri 2018-ci ilə qədər evlə təmin olunsun.Buna baxmayaraq nə vaxt nazirliyə gəlirik, burada bizim dərdimizi dinləyəcək adam tapmırıq”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …