Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ətraf mühiti çirkləndirən kafe sahibləri cəzalandırılıb

Ətraf mühiti çirkləndirən kafe sahibləri cəzalandırılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində məişət tullantılarının qalaqlanması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçiriblər.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da keçirilmiş tədbirlər zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən “Xəyal” kafesinin arxasında tullantıların qalaqlanmasına görə Bakı şəhər sakini R.Həsənov, Binəqədi rayonu ərazisində isə Bakı şəhər sakini F.Kərimov sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə barələrində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …