Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Ərdoğanın dayısı oğlunun Azərbaycan uşaqlarına göndərdiyi “Hədiyyə karvanı” yola çıxdı – VİDEO

Ərdoğanın dayısı oğlunun Azərbaycan uşaqlarına göndərdiyi “Hədiyyə karvanı” yola çıxdı – VİDEO

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” növbəti dəfə azərbaycanlı uşaqları sevindirəcək.

Türkiyənin əksər şəhərlərində pandemiya dövründə məktəbdən, sosial həyatdan ayrı düşən, evdə zaman keçirmək məcburiyyətində qalan uşaqlara maraqlı hədiyyələr aparan karvan bu dəfə Azərbaycana doğru yol alıb. Videodan da göründüyü kimi, “Hədiyyə karvanı” mayın 27-də İstanbuldan yola çıxıb. Karvan mayın 31-i Azərbaycana çatacaq və iyunun 20-dək müxtəlif şəhərlərimizi gəzib, azyaşlıları sevindirəcək.

“Hədiyyə karvanı” 1 iyunda Tovuzda olacaq. Orada Azərbaycan mediasının, millət vəkillərinin, qəzet və televiziyaçıların, Şəhid ailələri və qazilərimizin, əsas da təbii ki, uşaqların iştirakı ilə açılış törəni olacaq. Tovuzdan start götürən xeyirxah karvan 2 iyunda Ağstafa və Gədəbəydə, 3 iyunda Gəncədə, 4 iyunda Goranboy və Naftalanda, 7 iyunda Bərdədə, 8 iyunda Tərtər və Ağdamda, 9 iyunda Ağcabədidə, 10 iyunda Füzulidə, 11 iyunda İmişlidə, 14 iyunda Kürdəmirdə, 15 iyunda Mingəçevirdə, 16 iyunda Şəkidə, 17 iyunda Balakəndə olacaq, iyunun 20-si isə İstanbula dönəcək.

eeeeeeee.PNG (624 KB)

Qeyd edək ki, şəhər və rayonlarımızı dolaşacaq “Hədiyyə karvanı” aksiyası “YAŞAT” FONDUnun dəstəyi və onunla ortaq şəkildə həyata keçirilir. Layihənin informasiya dəstəkçilərindən biri “Yeni Müsavat” Media Qrupudur.

Arayış üçün qeyd edək ki, Mehmet Mutlu bəy Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğludur.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …