Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Ərdoğan Əliyevə arzularını çatdırdı – Telefon zəngi

Ərdoğan Əliyevə arzularını çatdırdı – Telefon zəngi

Sentyabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısıİlham Əliyevə telefonla zəng edib.

Qafqazinfo”nun məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın