Ana səhifə / Sosial / Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

Bir neçə gün öncə Tovuzda itkin düşən və dünən Xaçmazda tapılan 13 yaşlı Əfsanə Tağıyeva ailəsinə təhvil verilib.

Oxu.az xəbər verir ki, Əfsanə Tağıyeva və ailəsi hazırda Xaçmazdadır.

Ekspertiza təyin edilib, faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxs Xudat şəhər sakini Səfər Kavazovdur. Onun 44 yaşı var, ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Ə.Tağıyeva ilkin ifadəsində ərə getmək üçün evdən qaçdığını bildirib. 

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …