Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Ən effektiv mübarizə üsulu vaksinasiyadır” – Baş infeksionist

“Ən effektiv mübarizə üsulu vaksinasiyadır” – Baş infeksionist

Koronavirusun Britaniya ştammının klassik ştammdan fərqi yalnız onun daha sürətlə yayılmasıdır. Beləliklə, yoluxmaların sayı artdıqca proporsional olaraq xəstələnənlərin, o cümlədən xəstəliyi ağır keçirən pasiyentlərin sayı artmalıdır. Məlum olduğu kimi, artq onlarla ölkədə, o cümlədən əhatəmizdəki ölkələrdə bu ştammın olması təsdiqini tapıb  Hazırda bir çox ölkələrlə əlaqələrimiz məhdud olsa da, birmənalı olaraq bu ştamın ölkəmizə gəlməsini inkar edə bilmərik.

Bunu Azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, hazırda Britaniya ştammının ölkə ərazisində sirkulyasiya etməsinın təsdiqi yoxdur.

“Mutasiyaya uğramış virusun yayılmasını əngəlləyən faktor xəstəliyi keçirənlərin və vaksinasiya olunanların sayının çox olmasıdır. Yəni populyasion immunitet formalaşdıqca virusun yayılma sürəti səngiyir. Ona görə də vaksinasiya prosesinin ölkəmizdə mümkün qədər sürətlə aparılmasına nail olunması ideal variantdır. Nazirlər Kabinetinin təsdiqlədiyi COVID-19 infeksiyasına qarşı vaksinasiya strategiyasına müvafiq olaraq son iki həftə ərzində tibb işçilərinin əksəriyyəti peyvənd olunub və növbəti mərhələyə start verilib. Peyvənd olunanların sayı artıq bir neçə on min nəfər təşkil etsə də, elə bir ifadəli yan təsir müşahidə edilməyib. İnyeksiya yerində rast gələn qızartı, yüngül şişkinlik, zəif ağrılar təbii hal kimi qəbul olunmalıdır”.

Baş infeksionist qeyd edib ki, vaksinasiya prosesi yalnız kütləvi olduqda effekt verərək epidemik prosesin sönməsinə səbəb ola bilər:

“ÜST populyasion immunitetin əhali kütləsinin hansı hissəsində yarandığı zaman epidemik zəncirin dayanıqlı qırılacağı rəqəmin məlum olmadığını bildirir. Lakin bir çox alimlər orta hesabla bunun 70% ətrafında olmasını qeyd edirlər. Əlbəttə ki, konkret bölgədə bu saya əhalinin sıxlığı da təsir göstərir. Ona görə də əhali arasında maarifləndirmə işinin aparılması, şəxsi nümunənin nümayış olunması hazırda vaksinasiya olunmaqda tərəddüd edən əhali qruplarının prosesə cəlb olunması üçün çox önəmlidir”.

T.Eyvazov vurğulayıb ki, COVID-19 infeksiyasına qarşı ən effektiv mübarizə üsulu hazırda vaksinasiyadır. “Ölkəmizdə tətbiq olunan “Coronavac” peyvəndinin effektivliyi kifayət qədər yüksək və onun təhlükəsiz olması çoxsaylı klinik tədqiqatlarda müəyyən edilib. Peyvənd olunmuş şəxsdə qoruyuculuq müəyyən vaxt çərçivəsində formalaşdığından, fərdi qoruyucu vasitələrdən əvvəlki kimi lazımı səviyyədə və düzgün istifadə olunması karantin qaydalarının yumşalma dövründə yoluxma saylarının kiçik rəqəmlərdə qalması üçün əsasdır. Əks halda, biz yenidən əvvəlki dövrlərdə olduğu kimi yoluxma saylarının artımını müşahidə edə bilərik”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …