Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ən çox hanası qurumdan şikayət olunur? – SİYAHI AÇIQLANDI

Ən çox hanası qurumdan şikayət olunur? – SİYAHI AÇIQLANDI

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılan müraciətlərin sayı açıqlanıb.

Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, ötən il Baş İdarə tərəfindən vətəndaşların 10,2 min müraciətinə baxılıb.
Bildirilib ki, Baş İdarənin “161-Qaynar xətt” alaqǝ mərkəzinə daxil olan 5 131 müraciətin 4 265-i (83%) nəzarətdə saxlanılmaqla aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilib.

Eyni zamanda 392 müraciət (8%) prokurorluğun müvafiq struktur qurumlarında, 474-ü (9%) Baş İdarədə araşdırılıb. Baş İdarədə araşdırılan müraciətlərdən 67-si (14%) üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

2021-ci ildə “161-Qaynar xətt” əlaqə mərkəzina daxil olan müraciətlərin sahələr üzrə bölgüsü:

1. Daxili işlər orqanlarının fəaliyyəti – 1131
2. Səhiyyə – 701
3. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti – 521
4. Sosial müdafiə – 513
5. Özəl sahə – 237
6. Təhsil – 182
7. Ədliyyə orqanlarının fəaliyyəti – 175
8. “Azərişıq” ASC-nin fəaliyyəti – 96
9. “Azəriqaz” İB-nin fəaliyyəti – 77
10. Meliorasiya və su təsərüffatı – 72

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …