Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ən çox giriş olunan icra hakimiyyəti saytları – SİYAHI

Ən çox giriş olunan icra hakimiyyəti saytları – SİYAHI

2022-ci il ərzində Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi saytı olan binegedi-ih.gov.az saytı ən çox müraciət edilən dövlət orqanı saytı olub.

Bu barədə Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə istinadən bildirir.
Adıçəkilən Mərkəz saytlarla bağlı bu statistikanı həm toplam giriş sayına görə, həm də unikal giriş sayına görə açıqlayıb.

Hər iki kateqoriya üzrə ümumilikdə 5 rayon icra hakimiyyəti müəyyən edilib.

Toplam giriş sayına görə 2-ci yerdə Qazax rayon İcra Hakimiyyətinin qazax-ih.gov.az, 3-cü sırada Sabunçu rayon İcra Hakimiyyətinin sabunchu-ih.gov.az, 4-cü pillədə Salyan rayon İcra Hakimiyyətinin salyan-ih.gov.az və sonuncu yerdə isə Qəbələ rayon İcra Hakimiyyətinin qebele-ih.gov.az saytı qərarlaşıb.

Unikal giriş sayına görə saytların sıralamasına gəlincə isə burada 2-ci pillədə Qəbələ rayon İcra Hakimiyyətinin qebele-ih.gov.az, 3-cü yerdə Sabunçu rayon İcra Hakimiyyətinin sabunchu-ih.gov.az, 4-cü pillədə Qazax rayon İcra Hakimiyyətinin qazax-ih.gov.az və sonuncu yerdə isə Şəki rayon İcra Hakimiyyətinin sheki-ih.gov.az saytı yer alıb.

Ən çox giriş olunan icra hakimiyyəti saytları -  SİYAHI

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …