Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Əliyev icra başçılarına yeni tapşırıq verdi

Əliyev icra başçılarına yeni tapşırıq verdi

Prezident İlham Əliyev 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Qafqazinfo” xəbər verir ki, fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.5.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 3.5.2-1-ci yarımbənd əlavə edilir:

“3.5.2-1. müvafiq ərazidə fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 sentyabr tarixli 2349 nömrəli sərəncamı ilə yaradılmış internet portalında yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirir və yenilənərək aktual saxlanmasına nəzarət edir;”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın