Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Əliyev, Ərdoğan və Berdiməhəmmədov görüşəcəklər

Əliyev, Ərdoğan və Berdiməhəmmədov görüşəcəklər

“İlin sonuna qədər Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri – İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Qurbanqulu Berdiməhəmmədovun görüşü gözlənilir”.

“Hurriyet” qəzeti xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.

Səfir qeyd edib ki, görüşdə əsas müzakirə mövzuları energetika sahəsində əməkdaşlıq, həmçinin Türkmənistan qazının sonradan Trans-Anadolu boru kəməri (TAP) vasitəsilə Avropaya nəqli məqsədilə Xəzər dənizindən Azərbaycana boru kəmərinin çəkilməsi məsələsi olacaq.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın