Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Sosial / Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi? – VİDEO

Əlillər ictimai nəqliyyatdan faydalana bilirmi? – VİDEO

Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müxtəlif işlər görülsə də, müəyyən irəliləyişlər olsa da, hələ ki, alınan nəticə tam da ürəkaçan deyil.

ARB TV-nin “Günə Doğru” proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Oruc Salmanov – Əlilliyi olan vətəndaş: “Anamdan asılı olmaq istəmirəm”.

Oruc Salamov kimi minlərlə insan bu problemdən əziyyət çəkir. Paytaxın bəzi avtobuslarında əlil arabaları üçün xüsusi yer ayrılsa da, bu bölgələrdə yox dərəcəsindədir. Bu isə əlil arabasında olan şəxslər üçün ikiqat çətinlik yaradır.

Reyhan Salmanova – Əlilin anası: “Ayda iki dəfə oğlumu xəstəxanaya aparıram. Avtobusla aparmağa gücüm çatmır, məcburən taksi ilə aparıram. Belimdə aparıram. Taksi ilə də hər dəfə 10-15 manat pulum çıxır. Şərait olsa, taksiyə verdiyimi özünə xərcləyərəm”.

Əlillərin ictimai nəqliyyatdan rahat istifadəsi üçün xüsusi panduslar olan avtobusların olması şərtdir. Yanlız bu cür avtobuslarda onların minməsi və düşməsi asanlaşır. Bu cür nəqliyyat vasitələrinin marşrut xəttlərinə buraxılması isə daşıyıcı şirkətlərin üzərinə düşür.

Ərşad Hüseynov – Ekspert: “Belə avtobuslarda Fiziki imkanları məhdud olan şəxslərin avtobuslara minməsi üçün sadəcə pandus yox, xüsusi qaldırıcı qurğu olur. Təəssüf olsun ki, o qurğu hər avtobusa qoyulmur. Müasir avtobuslar istehsal edənlər xüsusi sifarişlə qoydururlar”.

Ancaq bölgələrdə olan avtobusların bir çoxunun texniki imkanları nə onlara pandusların əlavə olunmasına, nə də qeyd olunan qurğuların qoşulmasına uyğun deyil.

Ərşad Hüseynov – Ekspert: “Yaxşı olar ki, əlillərin hüquqlarının müdafiəsi ilə bağlı, onların cəmiyyətdəki sosila nemətlərdən bərabər istifasinin təmin edilməsi ilə bağlı bu cür avtobuslar əldə edilsin”.

Ekspertlərin fikrincə onların cəmiyyətimizə inteqrasiya etməsi üçün evdən kənara rahat şəkildə çıxa bilməsi vacibdir. Bu isə nəqliyyat vasitələrinin onların həyat tərzinə uyğunlaşması ilə başlayır.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …