Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Əli Kərimlinin rəqibi AXCP-dən çıxarıldı: “Bu qərarın saxtalığını sübut edəcəm”

Əli Kərimlinin rəqibi AXCP-dən çıxarıldı: “Bu qərarın saxtalığını sübut edəcəm”

Sahib Kərimli: “Ona tanıdığım zamanı gözləməyə cəsarət etmədi”

AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli özünün iştirakı olmadan partiyadan xaric olunub. O, bu barədə AXCP-nin Şəki rayon şöbəsinin sədrinin facebookunda paylaşdığı statusdan sonra xəbər tutub.

Məsələyə S.Kərimli sosial şəbəkələrdə münasibət bildirərək, AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edib: “Deməli, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, şöbə sədri facebook profilində qeyd yazıb ki, Şəki şöbəsinin məclisində güya yekdilliklə qərar qəbul edilib ki, partiyadan xaric olunum. Bütün saxtakarlıqları bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elsad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur. Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığım zamanı gözləməyə cəsarət etmədi, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutdu.

Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam.

Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəm. Bu qədəri ilə hələlik kifayətlənirəm.

Buyurun Əli Kərimli, ölkədə yarıtmaz idarəetmə var, cəmiyyətdə ciddi sosial problemlər var, hakimiyyətdən narazılıq üst səviyyədədir və partiya daxilində sizə mane olan yoxdur. İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün bu fürsətlərdən əlavə də 2018-ci ilin prezident seçkiləri şansınız var. Bacarmayacağınız təqdirdə, istefa verməlisiz”.

Qeyd edək ki, S.Kərimli keçmiş siyasi məhbusdur. AXCP-nin son qurultayında partiya sədrliyinə namizəd olub və qurultay günü iddiasından geri çəkilib.

musvat.com

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın