Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Əli Kərimlinin müşavirinin oğlu məndən ABŞ-a qaçmağın yollarını soruşurdu”

“Əli Kərimlinin müşavirinin oğlu məndən ABŞ-a qaçmağın yollarını soruşurdu”

“İndi isə atası məni partiyadan çıxarır”

AXCP-dən çıxarılan partiyanın Nərimanov rayon təşkilatının sədr müavini Dəyanət Babayev, Gənclər Komitəsinin üzvləri Cavid Musazadə və Ehtiram Mehtiyev Əli Kərimli rəhbərliyinə etirazlarını bildiriblər.

Partiyadan çıxarılmasının nizamnaməyə zidd olduğunu deyən Dəyanət Babayev azvision.az-a bildirib ki, üzvlərin AXCP-dən çıxarılması Dayaq Dəstəsi və ya Mərkəzi Nəzarət Təftiş Komissiyasının səlahiyyətindədir: “Təəssüflər olsun ki, bizi nizamnaməyə zidd olaraq partiyanın Nərimanov rayon şöbəsinin məclisinin qərarı ilə çıxarıblar. Mənə deyirlər ki, guya dağıdıcılıq fəaliyyəti ilə məşğulam. Amma, bununla bağlı ortaya heç bir sübut qoya bilmirlər. Onlar üçün dağıdıcı fəaliyyətlə məşğul olma azad fikri facebookda yaymaqdır. Bu dağıdıcı fəaliyyət deyil və partiyadan çıxarılmağa heç bir əsas vermir”.

D.Babayev Əli Kərimli ilə bağlı səsləndirdiyi fikirlərə görə təzyiqlərə məruz qaldığını vurğulayıb.

“AXCP-nin Nərimanov şöbəsinin təşkilat məsələləri üzrə müdiri Ağaşirin Tanrıverdioğlunun çıxarıldığı iclasda bildirdim ki, onun çıxarılması qanunsuzdur, nizamnaməyə ziddir. Bu sözləri deyən kimi Əli Kərimlinin “axranası” mənə deyir ki, başını divara çırpıb, partladaram. Bu iclasdan sonra facebook profilimdən etirazımı yaydım. Ondan sonra profilim oğurlandı.

Ümumiyyətlə, cəbhəçilərin profillərinin oğurlanmasını Əli Kərimlinin özü təşkil edir. Çünki kim ona və ya partiyadakı qanunsuzluqlara etiraz edirsə, profil oğurlanır”,-D.Babayev qeyd edib.

AXCP-dən uzaqlaşdırılan digər cəbhəçi Ehtiram Mehtiyev isə deyib ki, həm partiya sədri Əli Kərimlini, həm də digər rəsmi şəxsləri qanunsuz əməllərinə görə tənqid etdiyindən partiyadan çıxarılacağını bilirmiş: “Son vaxtlar bizim narazı cəbhəçilərlə görüşlərimiz çox olurdu. Bizi bir yerdə gördüklərindən qorxuya düşərək təcili belə bir qərar qəbul ediblər. AXCP o qədər ucuz şeylərin təbliğatını aparır ki, bunu qəbul etmək mümkün deyil. Belə şeyləri rəqib kimi üzlərinə dedikdə isə daha çox üzərimizə gəlməyə başlayırlar.

Bizləri partiyadan çıxarmaqla yollarını maneəsiz getmək istəyirlər. Bir neçə ay bundan öncə AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğlu məndən ABŞ-a necə qaçmağın yollarını soruşurdu. İndi isə atası məni partiyadan çıxarır. Üç oğlu var, heç biri əsgərlikdə olmayıb. Belə bir adam partiyada at oynadır”.

Onun sözlərinə görə, hər gün Əli Kərimli haqqında 50 status yazan gənclər bəy kimi dolandırılır.

“Halbuki bu gənclər rayonlardan Bakıya gəlirlər və heç bir yerdə işləməyə-işləməyə yüksək səviyyədə yaşayırlar. Necə ola bilər bu? Əlbəttə ki, partiya onları “xidmət”lərinə görə yaşadır” ,- deyə E. Mehtiyev əlavə edib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın