Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Əli Kərimlinin müavini istefa verdi

Əli Kərimlinin müavini istefa verdi

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib.

Azinforum.az xəbər verir ki, Ə.Qurbanlı bu barədə Facebook səhifəsində bildirib:

“Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.

Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.

AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı isə Əbülfəz Qurbanlının istefasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, istefası ilə bağlı Ə.Qurbanlı ilə əlaqə saxlamağa çalışsaq da bu, mümkün olmayıb.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın