Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / ƏLİ KƏRİMLİ QAZ AXTARIR – REPLİKA

ƏLİ KƏRİMLİ QAZ AXTARIR – REPLİKA

AXCP sədri Əli Kərimli facebook səhifəsində Oksford Universitetinin araşdırmasına istinadla bir status paylaşıb. Ənənəvi populist ruhda qələmə alınan statusda hamının illərdir bəhs etdiyi və çıxış yolu aradığı bir problemlə bağlı ilk dəfə xəbər tuturmuş kimi bəhs olunur. Və iddia olunur ki, Oksford Universtetinin araşdırmaçıları SOCAR-dakı illik 1 milyard qaz itkisini ifşa edib.

Əslində Oksford Universitetinin açıqladığı bu rəqəm Azərbaycanda rəsmi qurumların hesabatından götürülüb və yeni xəbər deyil. Dövlət Statistika Komitəsinin 2015-ci il üzrə illik büllütenində əksini tapan rəqəmlərə görə, həmin il qaz itkisinin həcmi 1,087 mlrd kub/metr təşkil edb. Problemin aktuallığı həm də ondan ibarətdir ki, qaz itkisinin həcmi 2013-2015-ci illərdə 18% artıb.

Hər kəsə bəllidir ki, bu itkilər magistral qaz şəbəkələrinin, habelə insfrastukturun əsas hissəsinin köhnə olması ilə əlaqədardır. Bu problemi SOCAR rəhbərliyi özü də dönə-dönə ictimailəşdirir və həlli üçün konkret addımlar atır. “Azəriqaz”da struktur dəyişiklikləri aparılarkən, qarşıya qoyulan əsas məqsədlərdən biri də məhz itkilərin azaldılması idi. İslahatların aparılması üçün bir sıra xarici şirkətlərlə əməkdaşlıqlar quruldu və böyük yatırımlar edildi.

Bir neçə gün əvvəl isə, SOCAR prezidenti Rövnəq Abdullayev mətbuata açıqlama verərərk, qaz itkisi probleminn həlli üçün görülən işlərin hesabatını verdi və bəlli oldu ki, nəhayət ki, probleminin köklü həllinə çox yaxınıq.

R.Abdullayev bildirdi ki, SOCAR itkiləri aradan qaldırmaq üçün 1,2 mlrd. manata yaxın vəsait xərcləyərək qaz təsərrüfatını yeniləyib.

Onun sözlərinə görə, sistemdəki itkinin 16%-dən bu ilin sonuna qədər 3,6%-ə qədər azalması gözlənilir. “Bu, qaz itkisinin həcminin 2,036 mlrd. kubmetrdən 400-500 mln. kubmetrə düşməsi deməkdir. Hər il itkiləri azaltmaq üçün proqramlar həyata keçirilir. Yeni sistem qurulandan sonra Hacıqabul rayonunda itki 1%-ə düşüb. Xəzər rayonunda əvvəllər itki 76% olub, indi isə 20%-dən azdır”,- deyə R.Abdullayev əlavə edib.

Qeyd edək ki, Rusiyada mavi qaz itkisi 9 faiz, Qazaxıstanda 11 faizdir. MDB ölkələrində bu rəqəm təxminən 8 faiz ətrafındadır. Aparılan islahatlar nəticəsində isə bu il Azərbaycan qaz itkisi sahəsində ən pis göstəricidən (16%) ən yaxşı göstəriciyə (3,6%) qədər irəliləyəcək.

Məhz bu açıqlamadan sonra müxalifət liderliyinə iddialı olan Əli Kərimlinin belə bir status yazması maraqlı suallar yaradır. Görünür ya mövzuya səthi yanaşır, məlumatsızlıqdan əziyyət çəkir, ya da özü və himayəçi dostları aparılan islahatlardan narahatdır. Yoxsa demək olar ki, həll olunmaqda olan bir problemlə bağlı hamını müjdələmək əvəzinə QAZ AXTARIŞINA niyə çıxsın ki? Bəlkə problemin daha rasional həlli variantlarını bilir Əli Kərimli? Bəlkə hökümətə iddialı olan müxalifət partiyasının sədri iqtisadçılarına bu problemin həlli üçün hansısa təkliflər paketi hazırlatdırıb? Əgər caps və karikaturalar hazırlatmaq, lətifələr qoşmaq, videolar çəkmək, populizmə yuvarlanmaq və ya Facebook ulduzluğuna iddialı olmaqla liderə çevrilmək, problemləri həll etmək mümkün olsaydı Hüseyn Əzizov çoxdan baş nazir idi.

Əlbəttə, problemlər var, olacaq. Önəmli olan, özəlliklə də indiki dönəmdə, konkret problemin həlli üçün konkret həll planı təklif etməkdir. Yoxsa ara yerdə hava korlanır.

Qaynarinfo.az

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın