Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Əli Həsənov yapon şirkətlərini Cənub Qaz Dəhlizində iştiraka çağırdı

Əli Həsənov yapon şirkətlərini Cənub Qaz Dəhlizində iştiraka çağırdı

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiya şirkətlərini Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyə çağırıb.

Azinforum.az xəbər verir ki, bu barədə Ə. Həsənov Yaponiyanın “Jiji Press” nəşrinə müsahibəsində deyib. “Azərbaycan yapon şirkətlərinin Xəzər dənizində fəaliyyətlərini genişləndirəcəyinə ümid edir”, – deyə prezidentin köməkçisi bildirib.

Cənub Qaz Dəhlizi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Trans-Anadolu qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

Həmçinin oxuyun

Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir – Video

Azərbaycanlı TIR sürücüsü üç aydır ki, Gürcüstanda qalıb və sərhədi keçə bilmir. Sürücü Aqil İsrafilov …

Bir cavab yazın