Ana səhifə / Sosial / Əli Həsənov: “Torpaqların azad olunması haqda Azərbaycanın bəyanatları etirazla qarşılaşır”

Əli Həsənov: “Torpaqların azad olunması haqda Azərbaycanın bəyanatları etirazla qarşılaşır”

“Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər”.

Bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı Trend-ə verdiyi müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, müstəqilliyə qovuşduğu andan Azərbaycanın milli inkişafı yolunda rastlaşdığı ən mühüm problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Bu problem bütövlükdə regionun iqtisadi, siyasi tərəfdaşlıq mühitinə, sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən başlıca amildir”.

Onun sözlərinə görə, iyirmi ildən çoxdur ki, ATƏT çərçivəsində müxtəlif formatlı danışıqlar aparılmasına baxmayaraq, hazırda Ermənistanın qeyri-konstruktiv, qəsbkar mövqeyinə görə münaqişənin həlli uzanır və hələ ki real nəticə yoxdur: “Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərini əsas tutaraq öz milli haqlarını reallaşdırmaq məqsədilə Dağlıq Qarabağda yaşayan ermənilərə “yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər hansı muxtariyyət statusunun verilə biləcəyini” bəyan edir. Təəssüf ki, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək hüququnu bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılaşır və onlar münaqişənin həlli naminə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın