Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ələt-Astara yolunda hərəkət istiqaməti dəyişdi – FOTO

Ələt-Astara yolunda hərəkət istiqaməti dəyişdi – FOTO

Bu gün axşam saatlarından Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonundan keçən 31-ci və 56-cı kilometrliklərindən hərəkət istiqaməti dəyişdirilərək yeni çəkilən yola yönəldilib.

Virtualaz.org-un Şirvan bürosunun müvafiq qurumlardan əldə etdiyi məlumata görə, yolda hərəkət istiqamətinin müvəqqəti olaraq dəyişdirilməsi yolun 54-cü kilometrində yerləşən Kür çayı üzərindəki körpünün təmirə bağlanması ilə əlaqədardır.

Adı çəkilən körpü 1991-ci ildə istifadəyə verilib. Körpüdə təmir işlərinin bir neçə gün çəkəcəyi gözlənilir.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …